Menu

ABŞ-da silahlı insident zamanı 5 nəfər yaralanıb

07.04.2019, 12:17
ABŞ-da silahlı insident zamanı 5 nəfər yaralanıb

ABŞ-ın Çikaqo şəhəri yaxınlığında baş vermiş silahlı insident zamanı azı 5 nəfər yaralanıb. ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Chicago Tribune” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, hadisə Uest-İnqlvud yaşayış məntəqəsində ailələrdən birinin təşkil etdiyi şənlikdə qeydə alınıb. Nəticədə biri uşaq olmaqla, 5 nəfər ciddi xəsarət alıb.

Silahlı şəxsin kimliyi və insidentin səbəbləri barədə hələlik məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol