Menu

Əfqanıstanda İŞİD-in 70 üzvü məhv edilib

07.04.2019, 18:50
Əfqanıstanda İŞİD-in 70 üzvü məhv edilib

Əfqanıstanda keçirilmiş xüsusi əməliyyat çərçivəsində İŞİD terror qruplaşmasının azı 70 üzvü zərərsizləşdirilib. ONA-nın məlumatına görə, bu barədə “Khaama Press” məlumat yayıb.

Əməliyyat zamanı terrorçulara məxsus silah anbarı da məhv edilib.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərində iki partlayış törədilib. Partlayışlar yolda quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində baş verib.

Bundan sonra ölkənin antiterror qüvvələri əməliyyata başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol