Menu

Hacıqabulda 9 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb

07.04.2019, 23:27
Hacıqabulda 9 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb

Hacıqabulda 9 yaşlı uşaq ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

İlkin məlumata görə, bir neçə ay bundan öncə Bakıda ürək əməliyyatı keçirmiş rayonun Qubalı-Baloğlan kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Sərdar Musa oğlunun halı qəfil pisləşib. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol