Menu

“Başakşəhər” növbəti qələbəsini qazanıb, "Fənərbaxça" yenə xal itirib - VİDEO

08.04.2019, 00:06
“Başakşəhər” növbəti qələbəsini qazanıb, "Fənərbaxça" yenə xal itirib - VİDEO

Türkiyə Super Liqasında XXVII turun dörd oyunu baş tutub.

ONA-nın məlumatına görə, yarışın lideri “Başakşəhər” növbəti qələbəsini qazanıb.

İstanbul klubu “Konyaspor”la ev matçında 2:0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra lider izləyicisi ilə xal fərqini 6-ya çatdırıb.

Tur autsayderin dəyişməsi ilə əlamətdar olub. İzmirdə “Göztəpə”ni məğlub edən “Akhisar” son sıradan ayrılıb.

“Kasımpaşa”ya uduzan “Ərzurumspor” isə son pilləyə yuvarlanıb. “Fənərbaxça”nın “Ankaragücü” ilə oyununda qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası

XXVII tur

7 aprel

“Ankaragücü” – “Fənərbaxça” – 1:1

Boyd, 42 – Alı Kaldırım, 67

“Göztəpə” – “Akhisar” – 0:1

Barbosa, 88

“Kasımpaşa” – “Ərzurumspor” – 2:1

Koyta, 29, 76 – Eduok, 61

“Başakşəhər” – “Konyaspor” – 2:0

Mossoro, 50, Viska, 69

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol