Menu

Misir prezidenti ABŞ-a rəsmi səfərə gedib

09.04.2019, 09:14
Misir prezidenti ABŞ-a rəsmi səfərə gedib

ABŞ prezidenti Əbdül Fəttah əs-Sisi ABŞ-a rəsmi səfərə gedib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu səfər əs-Sisinin Misir prezidenti seçildikdən sonra ABŞ-a ikinci səfəridir.

Bildirilir ki, Misir prezidenti səfər çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşəcək. Bu iki liderin 6-cı görüşü olacaq.

Məlumata əsasən, görüş zamanı tərəflər Birləşmiş Ştatlar və Misir arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələlərini, o cümlədən sıx hərbi, iqtisadi və terror əleyhinə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol