Menu

“MCB Lizinq” BOKT-a çevrilib

09.04.2019, 09:40
“MCB Lizinq” BOKT-a çevrilib

2009-cu ildən fəaliyyət göstərən “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Belə ki, nazirlik bu il aprelin 4-də “MCB BOKT” QSC-ni dövlət qeydiyyatına alıb. Maliyyə qurumu “MCB Lizinq”in bazasında yaradıldığı üçün onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 283 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) lizinq şirkəti ilə eynidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol