Menu

“Milyonlarla vəsaiti oğurlayıb, sonra büdcəyə qaytarmaq...” - Qüdrət Həsənquliyev

09.04.2019, 15:48
“Milyonlarla vəsaiti oğurlayıb, sonra büdcəyə qaytarmaq...”  - Qüdrət Həsənquliyev

Millət vəkili Qüdrət Həsənquliyev daşqın və seldən əziyyət çəkən İrana yardım olunması təklifini irəli sürüb.

ONA-nın məlumatına görə, milət vəkili belə bir təkliflə bu gün Milli Məclisin plenar iclasında çıxış edib. Millət vəkili deyib ki, İran blokada şəraitindədir, yardıma ehtiyacı var.

Q.Həsənquliyev həmçinin Hesablama Palatası tərəfindən büdcədən mənimsənilən milyonlarla manat vəsaitin büdcəyə bərpa olunmasına diqqət çəkib: “Sıravi vətəndaş 5 min manat oğurlasa, o, cinayət məsuliyyətinə cəlb olunur. Milyonlarla vəsaiti oğurlayıb, sonra büdcəyə qaytarmaq məcburiyyətində qalanlar da məsuliyyətə cəlb olunmalıdır. Yoxsa mən oğurlayım, üstü açılsa, qaytarım prinsipi ilə yanaşırlar ki, belələri mütləq cəzalandırılmalıdır”.

Şərhlər

sabir 2019-04-09 15:48:41

Hesablama palatasının yoxlama nəticələri hesabat verməklə bitir.Yoxlama nəticələri hüquq mühafizə orqanlarına ya göndərilmir,ya da göndərilənlərə baxılmir.Məsələn Palata Xarici işlər Nazirliyində, Aznerjidə yoxlamalarda büdcə yeyintiləri aşkar etdi və hesabatında göstərdi.Bəs sonra? Heç birinə hüquqi qiymət verilmədi.cinayət işi açılmadı. Niyə?
Bax cənab Həsənquliyev bu sizə fakt! Görək Siz nə edəcəksiniz?
Belə faktlar Palatanın əksər yoxlamalarına aiddir.İnanmırsınız,Palatanın yoxlama aktlarına baxın.

Vətəndaş 2019-04-09 15:48:41

Oğru taslançı məmurlar millətən xəyanət edərək misli görünməmiş korrupsiya talan nıticəsində oğurladıqları xalqın pulunu zorla,dövlətin qanunu onlara da tətbiq edərək xalqa qaytarmaq lazımdır. Onların özlərini də məsuliyyətə cəlb etmək lazımdır. Qanun hamı üçün qanundur. Biri 5 min kredit götürür verə bilməyəndə polisə məhkəməyə verilir. O biri özünü asır yaqndırır, ürəyi partlayır,intihar edir. Yüzlərlə milyardları yeyənlər isə kefdədirlər. Qoruq qaytaq qoyan da yoxdur. Quldurların bu xəyanəti ölkəni Surayanın halına salacaq. Millətin,xalqın hər bir nəfərin oğurlanmış milyardları qaytarılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol