Menu

İsmayıllı meşələri yanır: Təyyarə və helikopterlər havaya qaldırıldı

27.08.2014, 13:12
İsmayıllı meşələri yanır: Təyyarə və helikopterlər havaya qaldırıldı

İsmayıllıda meşə yanır. Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, Qaraqaya kəndində dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.

Yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol