Menu

“WikiLeaks”in qurucusu Londonda saxlanılıb

11.04.2019, 14:11
“WikiLeaks”in qurucusu Londonda saxlanılıb

“WikiLeaks”in qurucusu Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, bu məlumatı TASS yayıb.

C.Assanj bir neçə ildir Ekvadorun Britaniyadakı səfirliyində sığınmışdı.

Ekvador ona sığınacaq verməkdən imtina edib. Ona görə də “WikiLeaks”in qurucusu səfirliyi tərk edib.

O, diplomatik nümayəndəlikdən çıxan kimi polis tərəfindən saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol