Menu

"Baş nazirin istəyi odur ki, erməni xalqı Azərbaycan xalqına birbaşa müraciət etsin"

11.04.2019, 14:20
"Baş nazirin istəyi odur ki, erməni xalqı Azərbaycan xalqına birbaşa müraciət etsin"

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş məhsuldar oldu".

Bunu "Report"un Qərbi Avropa bürosunun sualına cavabında Ermənistan baş nazirinin sözçüsü Vladimir Karapetyan bildirib.

"Bundan əvvəl iki ölkənin xarici işlər nazirləri səviyyəsində bir sıra razılıqlar əldə olunmuşdu. Ancaq liderlərin görüşündə bir sıra məqamlarla bağlı fikir ayrılıqları hələ də qaldı. Lakin biz danışıqların davam etməsi üçün yaxşı atmosferin beləcə davam etməsini arzulayırıq. Bu məqamların da həll olunacağına və sülh prosesini davam etdirəcəyimizə ümid edirik. Əlbəttə, biz xalqımızı sülhə hazırlayırıq. Əgər baş nazir parlamentə müraciət edirsə, Dağlıq Qarabağda yaşayan əhalinin, erməni və Azərbaycan xalqının arzu və istəyini nəzərə almağı deyirsə və sülhün yaranmasının vacibliyini vurğulayırsa, bu o deməkdir ki, sülh istəyirik. Baş nazirin istəyi odur ki, erməni xalqı Azərbaycan xalqına birbaşa müraciət etsin. Bunun üçün maneələr var. O, bu maneələrin aradan qaldırılmasını yüksək qiymətləndirəcək", - o deyib.

Şərhlər

Elli 2019-04-11 14:20:05

Əgər işğal olunmuş Qarabağdan və yeddi ətraf rayonlarımızdan çıxırlarsa bunun üçün müraciətə nə ehtiyac vardır ki?

Oqtay 2019-04-11 14:20:05

Hansı müraciət ? Müraciət birdir RƏDD OLUN ÇIXIN NƏ QƏDƏR Kİ SAĞSINIZ Alcaqlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol