Menu

Deputatın qardaşının zirzəmi davası - Məhkəmə başlayıb

11.04.2019, 15:16
Deputatın qardaşının zirzəmi davası  - Məhkəmə başlayıb

Milli Məclisin deputatı Eldar İbrahimovun qardaşı Heydər İbrahimovun vətəndaş Cəlal Əliyevə qarşı iddiası üzrə məhkəmə başlayıb.

ONA-nın xəbərinə görə, Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə mülki iddia rayon məhkəməsinə aid olub-olmaması araşdırılıb, anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 16-na təyin edilib.

Qeyd edək ki, H. İbrahimov iddia ərizəsində qeyd edib ki, Bakı şəhər, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 20/67, mənzil 21-də Əliyev Cəlal İsmayıl oğlu İçərişəhərdə yerləşən xalça dükanında əsasız təmir işləri aparır. Belə ki, H. İbrahimov iddia edir ki, dükan onun yaşadığı mənzilin zirzəmisidir və C.Əliyevin dükana alqı-satqı şəhadətnaməsinin etibarsız hesab edilməlidir. C. Əliyev isə ona məxsus dükanı uzun müddətdir işlətdiyini, şəhadətnamənin etibarlı olduğunu qeyd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol