Menu

Ekvador Prezidenti Culian Assanjın təhvil verilməsi qərarını izah edib

11.04.2019, 15:42
Ekvador Prezidenti Culian Assanjın təhvil verilməsi qərarını izah edib

"Ekvador yaşamaq barədə beynəlxalq konvensiya və razılaşmaları dəfələrlə pozduğuna görə Culian Assanja diplomatik sığınacaq verməkdən imtina etmək qərarına gəlib".

"Report" xəbər verir ki, bu fikirləri Ekvador Prezidenti Lenin Moreno "Twitter" səhifəsində yazıb.

Ekvador Böyük Britaniyadan "WikiLeaks"in yaradıcısı Culian Assanjın ölüm hökmü ilə üzləşməyəcəyi dövlətə veriləcəyinə dair təminat alıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə müvafiq bəyanatı Ekvador Prezidenti Lenin Moreno verib.

"Britaniyadan Assanjın işgəncə və ya ölüm cəzası ilə üzləşməyəcəyi ölkəyə ekstradisiya ediləcəyinə dair zəmanət tələb etdim. Britaniya hökuməti də bunu yazılı şəkildə təsdiq etdi", - bəyanatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol