Menu

Adəm Məmmədov yenidən peşəkar vəkilliyə qayıtdı - Açıqlama

11.04.2019, 19:03
Adəm Məmmədov yenidən peşəkar vəkilliyə qayıtdı  - Açıqlama

"Hörmətli həmvətənlər!

Prezidentimiz son fərman və sərancamları ilə Azərbaycanda yeni bir dönəmin başladığını elan edib, ortaya siyasi iradə qoydu. Əsasən də, 03.04.2019-cu il tarixli məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqındakı fərmanı məni bir neçə ay bundan əvvəl peşəkar vəkillik fəaliyyətimi dayandırmaq barədə qəbul etdiyim qərara yenidən baxmağa vadar etdi. Mən peşəkar vəkillik fəaliyyətimə qayıtdım!"

"AzPolitika.info"nun məlumatına görə, bu barədə tanınmış vəkil Adəm Məmmədov öz "facebook" səhifəsində məlumat verib. Fərmandakı müddəalara öz münasibətini açıqlayacağını bəyan edən vəkil, rəhbəri və aparıcısı olduğu "Hüquq və Ədalət" verilişini də bərpa etdiyini bildirib: "Gələcəkdə, onsuz da, mükəmməl olan bu fərmandakı müddəalara öz peşəkar münasibətimi bildirəcəyəm. 5 illik fəaliyyətimdə 42 bəarət qərarının qəbul edilməsinə nail olmuş bir vəkil kimi, qarşınızda söz verirəm: bu yeni prinsipial dönəmdə yuxarıdakı göstəricilərimi artırmaqla bərabər, həm də vətəndaşlarımızın ağrılı yeri olan bəzi hakimlər tərəfindən ədalətsizcəsinə pozulmuş mülki hüquqlarının bərpasında yaxından iştirak edəcəyəm.

Eyni zamanda layihə rəhbəri və aparıcısı olduğum "Hüquq və Ədalət" verilişi artıq bərpa olunur.

P.S. Daha geniş məlumat və düşüncələrimi media orqanlarında, saytlarda sizinlə paylaşacağam".

Şərhlər

Fikrət 2019-04-11 19:03:15

Bu məlumatın mənası mövcud məhkəmə sistemində varmı? Axı vəkil hakim deyil,o nə edə bilər ki? Yalnız məşğul olduğu işdə özünə pul qazana bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol