Menu

Nigeriyada bütöv bir şəhəri təxliyə ediblər

12.04.2019, 00:05
Nigeriyada bütöv bir şəhəri təxliyə ediblər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Nigeriyada Borno ştatının Cakana şəhəri bütünlüklə təxliyə olunub. Hərbçilər sakinlərdən öz evlərini təcili surətdə tərk etməyi tələb ediblər.

Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) humanitar məsələlərin koordinasiyası İdarəsinin bəyanatında bidirilir.

Şəhər sakinlərini avtobuslara və yük maşınlarına dolduraraq, Moyduquri şəhərinin yaxınlığında yerləşən daxili köçkünlər üçün nəzərdə tutulmuş düşərgəyə gətiriblər - 10 minə yaxın insan köçürülüb. BMT-nin məlum idarəsinin «Tvitter»ində belə yazılıb.

Elə oradaca izah olunur ki, şəhər sakinlərini həmin rayonda keçirilməsi planlaşdırılan güc əməliyyatı səbəbilə, təhlükəsizlik baxımından təxliyə ediblər. Bu rayonda «İslam dövlətinin qərbi Afrika əyaləti» adlı terrorçu qruplaşma fəaliyyət göstərir.

Bundan əvvəl həmin qruplaşma «Boko Haram» adlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol