Menu

«Türkiyə S-400-ün komponentlərini istehsal edə bilər» - Peskov

12.04.2019, 00:10
«Türkiyə S-400-ün komponentlərini istehsal edə bilər» - Peskov

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva və Ankara birgə S-400 zenit-raket kompleksi (ZRK) istehsal edə bilərlər.

«Söhbət S-400-lərin bütün hissələrinin kompleks istehsalıdan getmir və gedə də bilməz - bu, yeni silahdır» - deyə, Peskov bildirib və komponentlərin birgə istehsalını mümkün hesab edib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan etmişdi ki, əgər Vaşinqton Ankaraya «Petriot» ZRK satmazsa, Türkiyə Rusiyadan S-400 ZRK-nin ikinci partiyasını alacaq. Bundan sonra, Peskov bəyan edib ki, Moskva yeni S-400 ZRK-nin tədarükü planları üzrə digər dövlətlərlə hərbi-texniki əməkdaşlığı genişləndirə bilər.

Şərhlər

t.ədalət 2019-04-12 00:10:51

S-400-lər,artıq Rusiyanın öz cəbbəxanasından çıxardığı silahdır.Rusiya daha mükəmməl raketlərlə silahlanır.Əzizimiz Türkiyənin hələ "metallom" silaha ehtiyac duyması onun hərbi gücünə inamı sındırır.Zamanından asılı olmayaraq,Rusiya yeganə təhlükə mənbəyi olaraq qalır."Kodu və quyruğu"Türkiyəyə qarşı hər hansı bir məsələdə ermənilərin dostu olan Rusiyanın əlində olan bu silahlara etibar etmək olarmı?Təhlükəsizlik məsələsində kamil olmayan nə varsa,ancaq ziyan üçündür..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol