Menu

Təhsil Nazirliyi xəsarət alan şagirdlə bağlı məlumat yayıb - FOTO

12.04.2019, 14:13
Təhsil Nazirliyi xəsarət alan şagirdlə bağlı məlumat yayıb - FOTO

Təhsil Nazirliyi Bakının 321 nömrəli tam orta məktəbinin xəsarət alan şagirdin səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şagirdin vəziyyətinin yaxşı olduğunu bildirib.

1 saylı Kliniki Tibbi Mərkəzdə şagirdin yanına gedən C.Valehov qeyd edib ki, həkimlərin rəyinə görə məktəbin 7-ci sinif şagirdi Aqşin Hüseynzadənin sağlamlığı ilə bağlı xüsusi problem yoxdur: “Hazırda şagird evə buraxılıb. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol