Menu

"Kapital Bank"ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub - Fotolar

12.04.2019, 16:03
"Kapital Bank"ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub - Fotolar

 

"Kapital Bank"ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub. Bu barədə bankın mətbuat katibi Pərviz Sədrəddinov məlumat verib.

Məlumatda bildirilir ki, "Kapital Bank"ın Müştəri Menecmenti departamentinin direktoru Samir Məmmədov Baş Marketinq İnzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev Baş Komplayens İnzibatçısı vəzifəsinə təyin olunub.

Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

Həmçinin İlahə Qazıyeva Əməliyyat departamentinin, Nəsimi Xasiyev Kiçik və Orta Sahibkarlarla İş departamentinin, Tural Ayvazlı isə Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.

İT İnfrastruktur departamentinin direktoru Renad Cəfərov Bank Sistemlərinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.

Bundan başqa Hüquq departamentinin adı dəyişərək Hüquq və Komplayens departamenti, İT İnnovasiya və İnkişaf departamenti isə İnformasiya Sistemlərinin İnkişafı departamenti olub.

Xahiş edirik nəzərə alasınız.

[caption id="attachment_505936" align="aligncenter" width="401"]

Samir Məmmədov[/caption]

[caption id="attachment_505937" align="aligncenter" width="400"]

Kamal Abdullayev[/caption]

[caption id="attachment_505938" align="aligncenter" width="400"]

İlahə Qazıyeva[/caption]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol