Menu

"Real" Qaret Beyli 130 milyon avroya satmağa hazırdır

13.04.2019, 01:40
"Real" Qaret Beyli 130 milyon avroya satmağa hazırdır

İspaniyanın "Real Madrid" klubu yayda uelsli futbolçu Qaret Beyli 130 milyon avroya satmağa hazırdır.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri yazıb.

Bildirilir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 29 yaşlı futbolçuya ümid bəsləmir. Komandanın digər üzvləri də ondan narazılıq edirlər. "Real" rəhbərliyi komandada keçirdiyi illərinə görə minnətdarlıq əlaməti olaraq Beylə müstəqil şəkildə klub seçmək imkanı verəcək və oyunçunun qiymətini də aşağı salmağa hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol