Menu

Qəbələdə güclü yanğın

14.04.2019, 13:30
Qəbələdə güclü yanğın

Qəbələdə yanğın qeydə alınıb. FHN xəbər verir ki, rayonun Bayramkoxalı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 48 m² sahədə, eyvanın tavanı 42 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Yüksək temperaturdan birinci mərtəbənin lambirindən ibarət tavanı 72 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol