Menu

Sudanın müdafiə naziri istefaya göndərilib

15.04.2019, 08:17
Sudanın müdafiə naziri istefaya göndərilib

Sudanın müdafiə naziri Avad bin Auf ölkənin keçid Hərbi Şurasının qərarı ilə istefaya göndərilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar günü paytaxt Xartumda keçirilən mətbuat konfransında Şuranın rəsmi nümayəndəsi Şəms əd-Din Kubaşi İbrahim deyib.

Bundan əlavə, ölkənin xüsusi xidmət orqanlarında yerdəyişmələr olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol