Menu

Azərbaycanın futzal millisi Serbiyanı məğlub edib

15.04.2019, 23:47
Azərbaycanın futzal millisi Serbiyanı məğlub edib

Futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib.

"Report" xəbər verir ki, Zrenjanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb.

Millimizin qollarını Fineo de Araujo və Sezar Conatan vurub.

Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol