Menu

Bu gün və sabah bu ərazidə işıq olmayacaq

16.04.2019, 09:21
Bu gün və sabah bu ərazidə işıq olmayacaq

Bu gün və sabah Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol