Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı partiyanın başqanı Arif Hacılının ünvanına ittihamlar səsləndirib.
Y.Sadıqlı “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb ki, Arif Hacılı söz verdiyi kimi mübarizəni müxalifət daxilindən çıxarıb, amma hakimiyyətə qarşı deyil, partiya daxilinə yönəldib.
“Müsavat Partiyası üzvlərinin sosial şəbəkədəki qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız” - Y.Sadıqlı yazıb.


Şərhlər
Bunlar neteri gedib özlerine ayri bir is guc tapmirlar.Ne elemek isteyirler hec özleri de bilmirler vallah.