Menu

İsrail və Hamas Qəzzada qələbəsini elan edir

28.08.2014, 09:19

israil felestinİsrail və Həmas Qəzzada yeddi həftəlik münaqişədən sonra qələbə çaldığını elan edib. İsrailin baş naziri Benjamin Netanyahu avqustun 27-də bildirib ki, Həmasa “ağır zərbələr endirilib və tələblərindən heç birinə çatmayıb”.

Qəzzada isə maskalı yaraqlılar dağıdılmış evlərin dağıntıları üzərinə toplaşıb, pulemyotlarını, raketləri və tank əleyhinə qurğuları nümayiş etdiriblər.

Avqustun 26-da atəşkəs döyüşlərə son verib. Münaqişədə 2.100-dən çox adam ölüb. Onlardan əksəriyyəti fələstinlilərdir.

BMT-nin Ərzaq Proqramı bildirib ki, yardım karvanlarından biri Qəzzaya girib, beş gün ərzində 150 min nəfərə yetərli ərzaq çatdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol