Menu

Ukraynada əsir düşən rus əsgər Ruisyanın sirrlərini açıqladı - Video

28.08.2014, 10:10
Ukraynada əsir düşən rus əsgər Ruisyanın sirrlərini açıqladı - Video

Ukrayna tərəfi ələ keçirilən Rusiya Silahlı Qüvvələrinin hərbçilərindən birinin videosunu yayıb.

Ukrayna Təhlükəsizlitik Xidmətinin açıqlamasında bildirilir ki, Rusiya hərbçisi Xoxlov Pyotr Sergeyeviç sorğu-sual zamanı onun xidmət etdiyi hərbi hissənin separatçıları hərbi texnika və silah-sursatla necə təchiz etdiyini deyib.

Onun sözlərinə görə, Ukraynada döyüşən separatçılara Rusiya tərəfindən mütəmadi olaraq "Qrad" BM-21, BMP-2, BTR-80 tipli texnikalar göndərir.

"Bizə hərbi texinkanın çeçenlərə göndərildiyini desələr də sonradan məlum oldu ki, həmin texnika separatçılara - Donetskə gedir. Ukraynaya gələndə onun da şahidi oldum ki, silahlılara ayda 150 min rubl ödəyirlər", deyə Pyotr Xoxlov ifadəsində deyib.  /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol