Menu

Şimali Qafqazda havalar kəskin soyuyacaq

17.04.2019, 16:34
Şimali Qafqazda havalar kəskin soyuyacaq

Yaxın üç gündə Şimali Qafqazın bütün regionlarında havalar şaxtalı keçəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli qurumları xəbərdarlıq edib.

Havaların kəskin soyuması əkin sahələrinin və yeni cücərən bitkilərin məhvinə səbəb ola bilər.

Məlumata görə, Dağıstan, Qaraçay-Çərkəz, Çeçenistan və İnquşetiya respublikalarında aprelin 19-20-də havanın temperaturu -3-4 dərəcəyədək düşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol