Perunun sabiq Prezidenti Alan Qarsia xəstəxanada dünyasını dəyişib.“Report” “Andina” agentliyinə istinadən xəbər verir ki, hazırkı dövlət başçısı Martin Vizkarra məlumatı təsdiqləyib.
O, “Twitter” səhifəsində mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, bu gün korrupsiya ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilərkən intihara cəhd edən Perunun sabiq Prezidenti Alan Qarsia paytaxt Limadakı xəstəxanalardan birində koma vəziyyətində yatırdı.
Bu barədə hadisə baş verəndən dərhal sonra həmin xəstəxanaya baş çəkmiş səhiyyə naziri Sulema Tomas Qonsales məlumat vermişdi: “Vəziyyəti çox ağırdır. Əməliyyat zamanı ürəyi üç dəfə dayanmışdı”, - deyən nazir yaralanma barədə ətraflı məlumat verməyib. Hərçənd xəstəxana həkimləri xəstənin kəlləsinin sağ tərəfindən güllə yarası aldığını bildiriblər".


Şərhlər