Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutulub.
"AzPolitika" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Hacıyevanın içərisində 100 manat, 80 avro və 100 funt sterlinq pul olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Ələkbərova saxlanılıb.


Şərhlər