Menu

İlin əvvəlindən Fransada 68 polis və jandarm intihara cəhd edib, onlardan 28-i ölüb

18.04.2019, 20:31
İlin əvvəlindən Fransada 68 polis və jandarm intihara cəhd edib, onlardan 28-i ölüb

Fransada 25 yaşlı polis əməkdaşı özünü iş yerində öldürüb.

"Report"un Fransa bürosu xəbər verir ki, hadisə Parisdə yerləşən 25 saylı polis bölməsində qeydə alınıb.

Bu da son üç gündə Fransada sui-qəsd nəticəsində həyatına son verən üçüncü polis əməkdaşıdır.

Ölkənin daxili işlər naziri Krisrof Kastaner hadisədən sonra hüquq-mühafizə orqanlarında sui-qəsd hallarının qarşısının alınması məqsədilə təcili və təxirəsalınmaz tədbirlərə başlanıldığını bildirib.

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsasən, bu il ölkədə polis və jandarmlar arasında intihar halları artıb. Belə ki, ilin əvvəlindən Fransada 35 polis və 33 jandarm intihara cəhd edib. Onlardan 28 nəfəri ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol