Menu

Bakıda 74 nəfərə qarşı dələduzluq edən türkiyəli iş adamının cinayət işi məhkəməyə göndərilib

19.04.2019, 09:41
Bakıda 74 nəfərə qarşı dələduzluq edən türkiyəli iş adamının cinayət işi məhkəməyə göndərilib

Dələduzluqda təqirləndirilən "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, "Hom Paş Prestij MTK” 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi türkiyəli iş adamı H.Yiğitdöl Bakıda vətəndaşların etibarından sui-istifadə edərək, onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Şərhlər

Али 2019-04-19 09:41:46

Mazandaranda ..... az idi, biri də gəmi ilə gəldi! Güya öz juliklərimiz az imiş, indi də "importnu"su pırtlayıb çıxdı!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol