Menu

Erməni KİV-i əhalini aldadır

28.08.2014, 12:37
Erməni KİV-i əhalini aldadır

Rəsmi Bakı ermənilərin bütün yalanlarını ifşa edəcək

"Kaliforniya ştatı senatının ermənilərin təqdim etdiyi kimi qondarma Dağlıq Qarabağ respublikasını tanıma səlahiyyəti yoxdur".

ANS PRESS-in məlumatına görə, bunu XİN-in mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki, Kaliforniya ştatının qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil. "Çünki qətnamə qəbul edilən zaman 40 senatdan 17-i, həmçinin senatın rəhbəri səsvermədən imtina edib. Ermənistanın kütləvi informasiya vasitələri xəbəri şişirdərək erməniləri aldatmağa çalışır. Biz də onların bu yalanlarını ifşa edəcəyik".

Qəbul edilən qətnamə deklorativ xarakterli sənəddir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol