Menu

PKK-nın 20 silahlısı məhv edilib

20.04.2019, 17:31
PKK-nın 20 silahlısı məhv edilib

Türkiyə-İraq sərhədində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 20 silahlısı məhv edilib. “Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar sərhəd bölgəsindəki hərbi hissələrə baxış keçirir.

Qeyd edək ki, bu gün Türkiyənin Hakkari bölgəsində antiterror əməliyyatları zamanı 4 türk hərbçisi şəhid olub, 6-sı yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol