“HƏMİN VİDEOLARI MƏN ÇƏKMİŞƏM...” - İcra başçısının müavinindən gecikmiş etiraf və açıqlama

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı açıqlama yayıb.

“AzPolitika” xəbər verir ki, o, KİV-lərə yazılı açıqlama göndərib.

Həmin açıqlamanı təqdim edirik:

“Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər. Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır. Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi. Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim. Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.

Qeyd edək ki, yaydığı açıqlamada Elina Hacıyeva ağır vəziyyətdəykən onun videosunu çəkdiyini etiraf edən Xalidə Bayramova bir qədər əvvəl bunu təkzib etmişdi.

Hər halda Bakı Şəhər Prokurorluğunda ifadə verdikdən sonra mətbuata açıqlamasında belə söyləmişdi.  Unikal.org-a açıqlama verən Səbail rayon icra Hakimiyyəti başçısının müavini Bakı Şəhər Prokurorluğuna getməsini təsdiqləsə də, videoları çəkmədiyini bildirmişdi: “Bəli, prokurorluğa getmişəm. Bəzi sənədlər tələb olunurdu. Həmin sənədləri təqdim etmək üçün prokurorluğa getmişəm. Onu qeyd edim ki, sosial şəbəkələrdə yayılan videonu mən çəkməmişəm. Bu barədə prokurorluqda istintaq bitəndən sonra ictimaiyyətə daha geniş açıqlama verəcəm”.

İndi ictimaiyyət Xalidə Bayramovanın hansı açıqlamasına inanmalıdır? Ümumiyyətlə, hər gün fərqli bir açıqlama ilə çıxış edən bu məmur xanıma inanmaq olarmı?

AzPolitika.info

635x100

Şərhlər

Geber 2019-04-21 00:16:45

Hindistanda Allahabadda adivasi qəbiləsinin nəsli kəsilməsinə səbəb , unikal kodlari ilə talein tərs qanunu üst üstə düşməsi nəticəsində olmuşdur. Beləki bir Mürtaz fakir , qizil müqavilində qəbilnin düşmənlərinə başa salir, ki onlarin xeyrinə olan sirləri yayin , biləndəki bu təkliflər sizdəndir , əksini edib özlərini məhf edəcəklər. Fakirdən soruşanda , ki bu necə mümkündür axi ? Cavabi o olur , ki qorxun o şəxslərdən ki , ona rəğbətiniz olmadiqda və səbəbini də bilmirsizsə , xeyrinizə danişar.

AYRİM 2019-04-21 00:16:45

Tam əminliklə söyləmək olar ki, Bakı şəhər İHB daxil olmaqla şəhərin bütün rayon İHB barədə sakinlrin yetkin bir rəyi var. Hec biri yararlı və əhaliyə faydası olmayan, şəxsi maraqları, vəzifəərindən sui-istifadə etməklə millətinin qayğısına qalmayanlardır. Hələ mən az dedim.

Geber 2019-04-21 00:16:45

həqiqət olmayana inananlar dostlar , ğəlin muəllifi olduqum bir sosial psixpatiyanin ətnoqenizi "fərd və əşya" məntiqli bir versiyani test kimi yoxlayaq Mən hadisəni indi oxudum , başqa məlumatim yoxdur. versiya belədir , ki bizlər özümüz bu hadisənin daşiyici idik lakin xəbərimiz yox idi , talein tərs qanunu optik illyziyasini , özümüzdə əks etdirib Madrid Kral sarayi sirri var , rusca zaqovor versiyasini beyin viruslarimizla tutuşdururuq Əslində qabaqcadan bəlli ğözlənilən fakt reallaşib vəssalam

Geber 2019-04-21 00:16:45

Praktik təcrübəmdən : reanimasiyya düşəni medsestralar uc saniyyə ərzində test edir , saq qalacaq ya ğedəcək . Medsestralar bir birinin ğözunun icinə baxanda siqnallarla hökmü verirlər , qalacaqsa ? ğecə yüxüsüz olacaq , öləcəksə yuxuya haram qatmaq mənasizidir . Yəqinliklə o qadin toya və yaxud harasa ğetməli imiş , kimsə soruşub ğələcəksənmi ? O da cavab verib , ki inşallah sağ cixmaz , yəni , ki ümüd edirəm , ki ölməlidir vəssalam . Burada nə sirr var , ki ? Ölü yuyanlarin peşə sözləri fərqlidir

Geber 2019-04-21 00:16:45

Səlahiyyətli orqan və məsul şəxslərə müraciyyət edirəm ! 1986 -991 -ci illər ərzində başi cixan mütəxəsissləri ğürültülü cixiş edənlər əvəzlədiyi ücün , mən vəzifədən danişmiram , başi cixandan faydalanmaqdan danişiram . Başi cixanlar 1986-1991 ci ildə maymaqlar olduqu ücün indi də bu ğündəyik. Əğər boğulursansa üzə bilmirsənsə hec olmasa əlinə mənə bəsdərəcik cağrişina cavab ver. küsdərəcik ? bir daş başina əndərəcik. Hindistanda Allaxabadda bizlərə oxşayan bir qəbilə var . istıyirsən azdirasan , de k

Aqil 2019-04-21 00:16:45

Bu ölkədə tək bircə nəfər icra hakimiyyəti başçısı göstətin ki, funksional vəzifələrinin icrası baxımından onu nümunə göstərmək mümkün olsun.Tapmaq olmur.Amma bunu əksini göstərmək, ən yaramaz hərəkətlərini sadalamaq üçün nə qədər istəsən nümunə göstərmək olar.Bu nə kadr siyasətidir? Bu biyabırçılıqlar nə vaxta qədər və həm də artan xətlə İNKİŞAF etdiriləcək? Əmin olun ki, iqtidarı ən çox nüfüzdan salan İH başçılarıdır, onların yaramazlıqlardır.Amma tədbir görülmür.Əksinə medallar verilir?!

Müəllim 2019-04-21 00:16:45

Saytda 15.04.2019 tarixdə bu məsələ haqqındakı müsahibəsində )min xanım təsdiqləyib ki, "həmin videonu mən çəkməmişəm".Nə oldu ki, 21.04.209-da "mən çəkmişəm" deyir.Bu xanımın qeyri ciddi adam olduğunu və tutduğu vəzifəyə uyğun olmadığını sübut etmirmi? Axı yalan danışan ( özü də saytlarda-yəni cəmiyyətə)şəxsdən necə dövlət adamı,məmur çıxar-özü də səlahiyyətli?Belə hallara niyə diqqət verilmir?

Mənsim 2019-04-21 00:16:45

Bu xanım tele-operatordurmu, hadisə yerinə çatan kimi funksional vəzifələrinin icrası cəhənnəm, bir insanlıq vəzifəsini yerinə yetirməli təcili yardımın gəlməsini təmin etmək əvəsinə videoçəkiliş aparmaqla məşgul olub? Məlikməmməd nagılı danışırsınız xanım.Bu nə xanım kimi nə də bir rayonun İHB-nın 1-ci müavini kimi heç yaraşmır.Guya siz hara gedirsinizsə şəxsən video çəkilişi aparırsiniz? Bu direktor rəfiqənizi qurtarmaq çabanız idi və bu hərəkətiniz o yazıq qızin həyatı bahasına başa gəldi.VƏSSƏLAM.

EJDER 2019-04-21 00:16:45

SIZ ,ANALOQU OLMAYAN HOKUMETIN ANALOQU OLMAYAN YAP CI...NUMAYETDESI,COX YANLIWLIQA YOL VERIB,TECILI YARDIMI CAQIRMAMISINIZ...ETIRAF EDIN,CAMAATI CAWDIRMAYIN...VICDANLI WEXS POLISE YOX ,DERHAL TIBBI YARDIMA ZENQ VURMALI IDI...NAQIL DANIWMAYIN...ALLAH ...VERSIN

t.ədalət 2019-04-21 00:16:45

VETERANA: Elinaya əlin necə çatsın?Deyilənə görə, xəstəxanaya gedən sevinc abbasova özü üçün problem yaranmasın deyə,X.Bayramovanın tapşırığı ilə Elinanı susdurmaq məqsədi ilə ....Bu da Azərbaycan xəstəxanalarındakı özbaşınalıq hesabına yaranmış nəzarətsizlik!Vaxtında qarşısı alınmayan cinayətkarlıq yenisini törədir.Təhsil və tibb sahəsində(əsasını Əli İnsanov qoyub) YAP-çılığı ləğv etməsələr hələ çox belə hadisələrinin şahidi olacağıq.

Veteran 2019-04-21 00:16:45

Elinaya catmaq....şəraiti öyrənmək....və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb???!!!! 6 dəqiqə buna sərf olundu. Xalide xanim men size deyim ki, cox tevezukar insansiniz. Siz videocekiliw aparmaqla yanawi eyni zamanda qudretli qelem sahibisiniz. Yuxaridaki setrleri oxuyanda adam sanki bir anliq hansisa romandan bir parcani oxudugunu zenn edir. " Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam." Men de bele hesab edirem. Kamera goruntulerine saat necede duwmeyinizden tutmuw haralara kimlere saat necede zeng etmeyinizi yaxwi deqiqlewdirmisiniz! Bele iwlerde sehve yol vermek olmaz! Bir wey mene cox maraqlidir, beyem direktor size zeng edende ve hadise barede melumat verende soruwmaq olmazdimi ki, hekim cagrilib yoxsa yox? Axi baw vermiw hadiseye ilk dexli olan yer tecili yardim xidmetidir. Sizin bu mentiqiniz meni heyran etdi, tutaq ki size evde tecili hekim yardimi lazimdir siz bele olan halda birinci olaraq bawciya ve yaxud polise muraciet edersiniz yoxsa tecili yardima? Deyirsiniz:"Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil." Ancaq nedense xestexanada qapi agzinda qalan nigaran valideynlere yaxinlawmaq hec yadiniza bele duwmedi!!! Ve nehayet, " Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın” deyirsiz. sosial webekedeki vicdanli insanlardan biri olaraq bele hesab edirem ki, bu yazini qeleme alarken sizin de sol eliniz ureyinizin ustunde olmayib!

Elli 2019-04-21 00:16:45

Xalidə Bayramova və Sevinc Abbasova Elinanın ölümündə günahkardırlar. Dünyanın heç bir ədalətli məhkəməsi onları təmizə çıxara bilməz. Bunların hər ikisi həbs olunmalıdırlar. Hadisə 9.57-də baş verib uşağa təcili yardım 11-07-dən sonra çağırılıb. Bu işdə xəstəxanadakı həkimlər də günahkardırlar. Onlar da layiqli cəzalarına çatmalıdırlar inşaallah. Balamızın qanı yerdə qalmamalıdır. Qanunun sərt üzü günahkarlara göstərilməlidir, əgər ədalət varsa.

Tufan 2019-04-21 00:16:45

Polise xeng vurmaqdansa tecili tibbi yardıma zeng vurardin. O uşağın ölümünde en böyük hünahkar sensen

Azer 2019-04-21 00:16:45

Ay qoca qehreman,adam soz tapmir deye!!!

Abdulqadur 2019-04-21 00:16:45

,,TAMAHKARLIGA QARSHI HIYLE,,adli bir hind filmi var.Müellimi öldürenler xalqin qarshisina chixib özlerini alicenab,yardimsever birileri kimi gösterib özleri üchün karyera qururlar.

Veteranmüəllimē 2019-04-21 00:16:45

Hətta bu qadın uşaqlarla baglı daha 2 vēzifə daşıyırmış.və özünü bu hadisēdə günahkar bilmir.İŞƏ bir bax..günahın odur ki sənə 09.57 də zēng gələndə deməliydin ki təcili yardım çagırın sənsə gözlē gēlirəm demisən.yolda polisə də məxfi tapşırıqlar vermisən!!!mēlum sēbəblērdēn gēlib 11.07 də hadisē yerinē çatanda attıq tapşıgına əsasən asfaltdan qan yuyulmuşdu.paltarı da təmizlənmişdi.özünə 2saata komamaya düşürən dērman içirdilmişdi.qalmışdı sənin doprosun.belē faciēni ALLAH SƏNİN VƏ DİREKTOTUN AİLƏSİNƏ QİSMĒT EDƏR İNŞƏALLAH.bax onda günahını bilērsən.HĒBSXANA SİZİN ÜÇÜN azdır.siz ora heçdüşmēyəcəksiz də?!!

Veteran müəllimə 2019-04-21 00:16:45

Vay dad ay məmur xanım sən hələ uşaqlarla baglı daha 2 mühüm vəzifə sahibisən.sən direktora deməliydin ki sənə zəng edəndə yəni 09.57 də ki təcili yardım çagır.yubanma.sənsə yēqin gözlə gəliəm demisən vē sonra da məlum sēbəblērdən 11.07 dē gəlmisən vē bilēndēn sonra ki uşagın qanı asfaltdan yuyulub paltarı qandan təmizlənib özünē psxitrop maddə içizdirilib və vidioda deyildiyi kimi "inşēallah ölēr sag qalmaz"ba onda təcili yardımı içēri buraxmısan.ALLAH BAŞINIZA GĒTIRSİN BELĒ BİR FACİƏNI.sənin də direktorun da ONDA GÜNAHINIZI BİLĒCĒKSİNİZ.CƏZA SİZƏ AZDIR.imkanın olsa sə də direktor kimi pozgundurlar deyersən.

Geber 2019-04-21 00:16:45

18 mart tarixində rəhmətlik Elinanin faciyəsindən də qabaq , bir və ya bur necə hadisənin :_ğenişlənmə əmsalla qeyri səlis anomar xətlə baş verəcəyi haqda yazi yazmiş idim , ki bir elmi nəzəriyyənin praktik tətbiqinin nəticələrini mərc etdiyim insana ğöstərim . Anomaliyali iki hadisə baş verdi . Belə hadisələr təkcə bizdə deyil , istənilən ölkədə baş verir və verəcəkdir. Hadisənin bağliği qeyri mənşəli fenomenlərlə izah oluna bilər , şimşəklərin lori izahi olmüşsada , elmi izahi sonradan baş tutdu

ayzek 2019-04-21 00:16:45

Nəfəsi yalanla gedib-gələn bir qurumun nümayəndəsinə inanmaq olarmı?

Mehdi 2019-04-21 00:16:45

Mektebin direktoru sene zeng elemisdiki tecili yardima zeng vurasan?Sene qeder niye zeng vurmurdu o yaramaz. Ne qeder özunuzu duruya cixartmaq istesenizde gunahin icindesiniz.Senin padruqan ise lap gunahgarin yekesidi.Cabalamaq lazim deyil.

Elgiz 2019-04-21 00:16:45

----------------

Ata 2019-04-21 00:16:45

Men inaniramki bu dunya bir bumerangdi, ve biz bendeyiy . Teesuf bizim elimizden hec bir shey gelmir. Inanin mene bir gun hemen bumerang havani yara yara Sevinj xanima deyib sonra rikoshetle gedib o birisinin bashinda bartlayacay. Artig dunya praktikasinda bu oz tesdigini tapib, Allah bizleri gorusun

t.ədalət 2019-04-21 00:16:45

Elinanın ölümünün günahkarlarından biri birbaşa Xalidə Bayramovadır.Hansısa məqsədlərə görə məktəb direktoru ilə yaxın rəfiqələrə çevrilmiş X.Bayramova yanlış hərəkətlər edib.Hakimiyyəti gözdən salmağa hesablanmış bu hərəkətlərə lazımi hüquqi qiymət verilməlidir.Deyilənə görə, bu qadın həm də pulu çox istəyir.Elə bu hərəkəti də sevinc abbasovadan yaxşı pul qopartmaq arzusu ilə edə bilərdi...

Mirzə AĞ 2019-04-21 00:16:45

Görünür, bu ... artıq yuxarılarla işini "yoluna qoyub", ona görə belə danışır... dişi çanavar!!!

Əlo 2019-04-21 00:16:45

İcra işçisidirsə yalançıdır onların heç birinə inanmaq olmaz

müəllim 2019-04-21 00:16:45

maraqlı kadrlar var.Məgər icra hakimiyyəti başçısının müavinin səlahiyyətlərinə vide çəkmək də daxildir?Adam əvvəlcə deyiermən video çəkməmişəm,sonra dediyini təkzib edir.Yəqin ilk etirafında hələ özünə arxa durana o qədər arxayın deyidi.Sonradan nə isə baş verdi və sözünü geri götürdü.Belə qeyri ciddi olan şəxslərin vəzifələrə təyin etməyin acı nəticələrinə xalq nə qədər dözəcək?Ancaq Elinanı xəstxanaya vaxında aparmaq əvəzinə sorğu-suala tutmaqda xanım özünü günahkar bilmirmi?Yazıq rayon əhalisi!

Son yazılar