Menu

Sulutəpədə it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO

21.04.2019, 12:26
Sulutəpədə it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO

Azyaşlının üzünü it parçalayıb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Hazırda müalicəsi davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol