Menu

“Neftçi” və "Qarabağ”ın oyunları canlı yayımlanacaq

28.08.2014, 14:48
“Neftçi” və "Qarabağ”ın oyunları canlı yayımlanacaq

Avroliqanın pley-off mərhələsində çıxış edən təmsilçilərimizin oyunları canlı yayımlanacaq. Lent.az məlumatına görə, bu gün saat 21:00-da başlayacaq "Neftçi" - "Partizan" matçı "AzTV", 22:30-da start götürəcək "Tvente"- "Qarabağ" qarşılaşması isə "İdman Azərbaycan" kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, ilk qarşılaşmalarda “Neftçi” səfərdə "Partizan"a 2:3 hesabı ilə məğlub olub. Digər təmsilçimiz “Qarabağ” isə doğma meydanda rəqibi ilə 0:0 hesabı ilə oynayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol