Menu

“Ukraynanın yeni prezidentinə yazığım gəlir” - Leonid Kuçma

21.04.2019, 21:22
“Ukraynanın yeni prezidentinə yazığım gəlir” - Leonid Kuçma

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma prezident seçkilərinin ikinci turunda səs verib.

Virtualaz.org “İnterfaks-Ukrayna”ya istinadla xəbər verir ki, siyasətçi seçki məntəqəsinə həyat yoldaşı ilə birlikdə gəlib. O bildirib ki, ölkənin gələcək prezidentinə yazığı gəlir, belə ki, yeni dövlət başçısı işinə o qədər də yaxşı şəraitdə başlamayacaq.

“Yaxşı anlayırsınız: sonu görünməyən müharibə, parçalanmış Ukrayna, defolt astanasında iqtisadiyyat – bütün mövcud problemləri sadalamayacağam”, - Kuçma deyib.

O, yeni liderə az vədlər verməyi və çox iş görməyi məsləhət görüb. Eks-prezident əlavə edib ki, əsas şərt səmimi və xalq qarşısında vicdanlı olmaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol