Menu

İran dəniz yollarını bloklaya bilər - ABŞ-ın neft sanksiyalarına cavab olaraq

23.04.2019, 08:50
İran dəniz yollarını bloklaya bilər - ABŞ-ın neft sanksiyalarına cavab olaraq

İran hərbçiləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdyi sanksiyalar səbəbilə, bu yoldan Tehranın istifadə edə biməyəcəyi təqdirdə, Fars körfəzinə aparan Hörmüz boğazını bloklamaqla hədələyirlər. Bu barədə İran dəniz qüvvələri komandanlığına istinadla, «Fars» agentliyi xəbər yayıb.

Bundan əvvəl xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti Tehran rejiminə yönəlik qarşıdurmanı gücləndirmək məqsədilə İran neftinin satın alınması barədəki sanksiya siyahısında bütun istisnaları ləğv etmək niyyətindədir.

İrana qarşı ABŞ sanksiyaları 2018-ci ilin sonunda tətbiq olunub. Sanksiya siahısında 8 ölkə - Çin, Türkiyə, Cənubi Koreya, Hindistan, Yunanıstan, İtaliya, Tayvan və Yaponiya üçün istisna nəzərdə tutulmuşdu.

Belə görünür ki, sözügedən istisnanın ləğvi barədə qərar ABŞ-ın Türkiyəyə qarşı son vaxtlar göstərdiyi təzyiqlərinin bir hissəsi olacaq.

AzPolitika.info

Şərhlər

t.ədalət 2019-04-23 08:50:33

İran dəniz sularını bloklasa Suriyadakı rus qoşunlarının dislokasiya yerinə çevriləcək və viran olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol