Menu

Bu valyuta bir günə 26%-dən çox ucuzlaşdı

24.04.2019, 11:43
Bu valyuta bir günə 26%-dən çox ucuzlaşdı

Venesuelanın milli valyutası – bolivar bir gün ABŞ dolları qarşısında 26,4% ucuzlaşıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, aprelin 22-də bu ölkədə 1 dollar 4 113 bolivara bərabər olub. Aprelin 23-də isə bu rəqəm 5 200 bolivara yüksəlib.

Qeyd edək ki, 2003-cü ildən Venesuelada valyuta əməliyyatları dövlətin sərt nəzarəti altındadır. Bununla belə, “qara bazar”ı ləğv etmək mümkün olmayıb. Bu bazarda dolların qiyməti rəsmi məzənnədən on dəfərlələ çoxdur.

Şərhlər

Arif 2019-04-24 11:43:47

26.4 % nə di ki? Bizimki bir gecədə 100 % ucuzlaşdırıldı.Kim nə dedi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol