“DƏYMİŞ ZİYAN MÜTLƏQ ÖDƏNƏCƏK...” - Nazir oğlu lyuk qəzası barədə danışıb

“Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov jurnalistlərlə söhbətində dünən yerindən çıxaraq, britaniyalı pilot Corc Rasselin bolidinə xəsarət yetirmiş və idmançının Bakıdakı ikinci məşqdə iştirakını mümkünsüz etmiş kanalizasiya lyuku barədə danışıb.

Virtualaz.org “championat.com” nəşrinə istinadən xəbər verir ki, Rəhimovun sözlərinə görə, “Williams” komandasına dəymiş zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək.

“Bizdə küçə trasıdır, buna görə də, onun boyunca 300-dən çox lyuk var. Bütün lyuklar bərkidilmişdi və yarışlardan bir neçə gün öncə yoxlanmışdı, lakin konkret halda problem adi gözlə görünə bilməzdi. Lyukda problem aşağı hissədən qaynaqlanıb – lyuku saxlayan qarmaqlar paslanıb və elə buna görə də, belə bir hadisə baş verib, - Arif Rəhimov deyib. – Belə şeylər olur və biz başına bu cür iş gələn birinci adam deyilik, analoji hallar Monakoda, Çində və Malayziyada baş verib, yəni hətta şəhər trasında deyil, adi stasionar traslarda da olur. Təəssüf ki, indi bu, bizdə baş verib. Biz bir neçə dəfə “Williams” komandasından üzr istəmişik. Komandaya dəymiş zərər sığorta hesabına ödəniləcək. Hələlik söhbətin hansı məbləğdən getdiyini bilmirik, amma dəqiq ödəniləcək”.

Rəhimov əlavə edib ki, hadisədən sonra bütün lyuklar bir daha yoxlanıb və təşkilatçılar bütün tədbirləri görüblər ki. belə hal təkrarlanmasın. “Bundan sonra biz hər bir lyuku dörd dəfə yoxlamışıq, bərkidilməsi mümkün olan hər şeyi bərkitmişik. 100 faizlik etibarlılığı, yəqin ki, heç bir şeydə təmin etmək mümkün deyil, amma biz 99,9% zəmanət veririk. Bu hal bir də baş verməməlidir”, - o qeyd edib.

635x100

Şərhlər

sual 2019-04-27 12:38:22

Bu işə azvirt şirkəti cavabdehdir və bi şirkət isə bir başa mühafizə generalı ilə aayda nin nəzarətindədir. Nazir oqlu nə bilsin ki belə bir mafiyanın icindəir. Adı cəkilənlərin hələ o qədər acilmayan, vurğulanmayan əməlləri var ya?

İldırım 2019-04-27 12:38:22

Dəıymiş ziyanı dəməyinə ödəsinlər, sözümüz yox. Amma dövlət büdcəsinə toxunmadan ödəsinlər. Yəni, nazir və oğul - dədə-bala yığdıqları milyardlardan götürüb ödəsinlər. Hərdən bir öz şəxsi büdcələrindən də xərcləməyi öyrənsinlər.

fikrət 2019-04-27 12:38:22

doqurdadnda elə danişirki dədəsi verəcək o pulu cibinizdən verin ... bizə lazim deyil bu formula dəduva de versin bizim büdcəmizə toxunmayin

EJDER 2019-04-27 12:38:22

BU ANALOQU OLMAYAN HOKUMETIMIZ COOOXXX SEXAVETLIDI.XALQIN PULU HESABINA HAKIMIYYETLERINI MOHKEMLENDIRIRLER...HA HA HA ATA BALA SOKUN...HARAMINIZ OLSUN.KASIBIN BALASI SENGERDE,TEMAS XETTINDE,BU NAZIR BALALARI...LONDRADA KEYF ELEYIR.ICTIMAYI QINAQ BELE GELDI,ICTIMAYI GINAQ BELE GETDI...KORRUPSIYA NECE OLUR,TURISTLERIN NAQILINI DANIWIRLAR,BIQ...R

Həmid 2019-04-27 12:38:22

MİLLƏTİN PULUDUR DƏ NA LEVO NA PRAVO SƏPƏLƏ

Pisi 2019-04-27 12:38:22

Vermiye bilersen ki.bunlar senin ucun azerbaycan vetendasi deyil ki atasan

muzaffar 2019-04-27 12:38:22

Bu adam "bir neçə dəfə üzr istəmişik" deməklə yalvardıqlarını özü istəmədən açıb deyir. Pullarını oöurladıqlarını xalqa isə zülm edirlər. Bu iqtidarın mahiyyəti budur!

Elli 2019-04-27 12:38:22

malades!

Cəlal 2019-04-27 12:38:22

Formula-1 Azərbaycana lazımdır Büdcəni soymaq üçün üsul azdırmı ki,bunu da ortaya soxdunuz?Axı burada Azərbaycanın nə vətəndaşı,nə texnikası var.Yalnız insanlara narahatlıq yaradır və büdcə sökülür.Rəhimovların pul qazanması üçün başsız idarəçilərin əməlidir.

XX-1dən Alıya 2019-04-27 12:38:22

Bunlar otellərini də, ölülərinin qəbirlərini, ciblərini də büdcənin hesabına doldururlar. Bura gələn hər bir xarici bu millətin hesabına yeyir-içir yatır gedir. Onlar əllərini ciblərinə salmırlar. Hamam pulu Məşədi ibaddandır! Onlar (İqtidar) bunu onun üçün edirlər ki, burada şellənən əcnəbi gedib oralarda bunları tərifləsin. Amma bunlar baş düşmürlər ki, xaricdəki jurnalistlər burada kababa yeyən əcnəbilərin pişiklərini ağaca dırmandırır!!!

buzlaq 2019-04-27 12:38:22

Dədn Azadın pullarını verməyəcəksən ki, millətin puludur kefinizi çəkin! ...

Oqtay 2019-04-27 12:38:22

Bu yarıça o qədər pul xərcləməkdənsə o pulla lyukları təmir etmək sərfəli olardı

Alı 2019-04-27 12:38:22

Elə fəxrlə, qürurla daşışır ki sanki dədəsinin cibindən ödəyir.Əlbətdə ödəniləcək.Dövlətin cibidir deyə hələ 2-3 qat da ödəyərsiz uff da deməzsiniz.Dədənin cibi deyil ki, ödəməyəsən.Bütün Azərbaycan anladı ki, bu yarışlar nə qədər AVANTÜRADIR.Amma bunlar qanmadı.Çünki, öz otellərini doldurmaq lazımdır axı....

Son yazılar