Suriyada Qolan yüksəkliyində olan BMT-nin 43 sülhməramlı əməkdaşı tutulub.
Bu barədə məlumat yayan BMT bildirir ki, silahlı qruplar sülhməramlı qüvvələri Suriyanın Əl-Qunaitra şəhərində ələ keçirib.
BMT onların azad olunması üçün səylər göstərir.
BMT-nin sülhməramlı qüvvələri 1974-cü ildən bəri Suriya-İsrail sərhəddində atəşkəslə bağlı monitorinq aparır.
Avqustun 28-də hökumətin hərbi təyyarələri Golan yüksəkliyində yaraqlılara hücum edib.


Şərhlər