Menu

NAZİR MÜAVİNİ STATİSTİKANI AÇIQLADI -  "Tələbələrin 70 faizi ödənişli əsaslarla təhsil alır”

03.05.2019, 18:11
NAZİR MÜAVİNİ STATİSTİKANI AÇIQLADI -  "Tələbələrin 70 faizi ödənişli əsaslarla təhsil alır”

“Azərbaycanda hər il sistemə daxil olan sağlamlıq imkanları məhdud uşaqların sayı artır”. “Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, 2015-ci ildə orta və ali ixtisas təhsili müəssisələrinə sağlamlıq imkanları məhdud olan 660 uşaq qəbul olmuşdusa, 2016-cı ildə bu göstərici 1019 olub: “Yəni burada 54 faiz artım müşahidə olunub. 2017-ci ildə bu göstərici 24 faiz artaraq 1258 nəfər, 2018-ci ildə isə 20 faiz artaraq 1500-ə qədər çatıb. Bu artım onu göstərir ki, təhsil əlçatandır”.

Nazir müavini bildirib ki, Azərbaycanda orta və ali təhsil müəssisələrində təhsil alanların sayı, təxminən, 225 mindir: “Onların da 70 faizi ödənişli əsaslarla təhsil alır”.

Maraqlıdır, dünyada başqa bir ölkə varmı ki, orada təhsil 70 faiz pullu olsun?   

Şərhlər

Dr.AGAOGLU 2019-05-03 18:11:22

Qeyri-səmimi münasibətdir.Orta məktəblərdə təhsil tam 100 faiz ödənişlidir. Ali və orta ixtisas məktəblərinə bütün iş verən abiturientlər qəbul olunub olunmamasından asılı olmayaraq pulunu ödəməklə vergi ödəməyən repititor müəllimlərin yaninda təhsil alırlar.Hökumət özü buna şərait yaradır.Həmin müəllimlərə az maaş verməklə,qeyri-rəsmi olaraq onları vergidən azad etməklə,ödəməli olduğu pulu valdeyinlərdən almağa istiqamətləndirirlər.Ölkə inkişafında əsas rol oynamalı insanlar təhsili öz pulları ilə alırlar.

yalçın 2019-05-03 18:11:22

təhsil və səhiyyənin ticarət-alver sahəsinə çevrilməsi onların tam iflasına aparan yoldur..

Valideyin 2019-05-03 18:11:22

Səviyyəsiz təhsili ödənişli etmək,semestr imtahanlarında rüşvətin kütləvi hal alması nə dərəcəd doğru sayıla bilər.Onsuz da çətinliklə dolanan ,kasıb təbəqənin evladlarını (hərçənd onların evladları daha zəkalı və hazırlıqlı olur)təhsidən məhrum etmək nə dərəcədə doğru və qanunidir? İkinci tərəfdən də 70 % ödənişli təhsildən gəlirlərin büdcə ödəmələrinin vəziyyəti necədir və hansı qaydada təşkil olunub.Bu hamını maraqlandıran məsələlərdir.Yoxsa BDU-dakı bazar nazirliyi qane edir?

helime 2019-05-03 18:11:22

hele bir o odenishlerin reqemlerinide anlatsin.hormetli nazir muavini! O fantastik reqemleri!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol