Menu

“Baku Medical Plaza” və xəstənin ailəsi müğənnini təkzib etdi - " O məlumatlar əsassızdır"

03.05.2019, 18:56
“Baku Medical Plaza” və xəstənin ailəsi müğənnini təkzib etdi - " O məlumatlar əsassızdır"

Müğənni Elnarə Xəlilovanın “Baku Medical Plaza” barədə irəli sürdüyü ittihamla bağlı hər iki tərəf açıqlama verib.Lətafət Şirəliyevanın ailəsi yazılı şəkildə mətbuata müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki,  yayılan məlumatlar həqiqətə uyğun deyil : " Lətafət Şirəliyevanın müalicəsi ilə əlaqədar B.M.P klinikasında görülən tədbirlərlə bağlı onun tibbi personalından və rəhbərliyindən çox razıyıq və çəkdikləri əziyyətin müsbət sonuclanmasını Allahdan arzu edirik. Hər bir hansı maddi yardıma ehtiyacımız yoxdur. Müalicə üçün guya 37 min manat ödəməyimizlə bağlı saytlarda və müğənni Elnarə Xəlilovanın komentariyasında yazılan məlumatlar tam yalandır, əsassızdır. Göstərilən tibbi xidmətlərin xərci klinika tərəfindən qarşılanır. Çox xahiş edirik, ailəmiz üçün hazırda yaşadığımız çətin durumda və əzizimizin müalicəsində əziyyət çəkən tibbi personala mənəvi iztirab verəcək istənilən məqalələrin yazılmasına son qoyun”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol