Menu

10 kq kürünün ölkəyə gətirilməsinin qarşısı alınıb

04.05.2019, 15:06
10 kq kürünün ölkəyə gətirilməsinin qarşısı alınıb

Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 1844 LS" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı yük-nəqliyyat vasitəsində yataq üçün nəzərdə tutulan döşəyin alt hissəsindən 20 ədəd plastik qabda, qabları ilə birlikdə ümumi çəkisi 10 kq olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol