Menu

Sumqayıtda kütləvi dava olub - Araşdırma aparılır

04.05.2019, 23:33
Sumqayıtda kütləvi dava olub - Araşdırma aparılır

Sumqayıt şəhərinin kafelərinin birində kütləvi dava olub, xəsarət alan var.

ONA-nın yerli bürosunun məlumatına görə, dava şəhərin Niyazi küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.

Belə ki, obyektdə sifariş edilən pivənin hesabını vermək istəməyən şəxslərlə digər qrup arasında düşən mübahisə dava ilə nəticələnib. Dava zamanı kafenin infrastrukturuna ziyan dəyib, kafedə xadimə işləyən bir qadın isə xəsarət alıb.

Qadına təcili tibbi yardımın əməkdaşları tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol