Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub."Report"un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib.
"Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hər iki meyit Salyandakı morqa gətirilib. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər