Menu

Aeroport işçilərindən qeyri-insani hərəkət - Yanan təyyarə ilə “məzələndilər” + VİDEO

06.05.2019, 14:50
Aeroport işçilərindən qeyri-insani hərəkət - Yanan təyyarə ilə “məzələndilər” + VİDEO

“AzPolitika.info” xəbər verir ki, Moskvanın “Şeremetyevo” hava limanında çalışan əməkdaşların qəza enişi zamanı yanan “Sukhoi Superjet 100″ təyyarəsilə bağlı biyabırçı reaksiyasını əks etdirən videogörüntüləri üzə çıxıb.

Sosial şəbəkələrdə yayımlanan görüntülərdə təyyarənin enişini izləyən aeroport işçilərinin bu faciəyə sevinirmiş kimi gülmələri, müxtəlif atmacalar söyləmələri böyük təpkiyə səbəb olub.

Faciəni manitorda canlı izləyən Rusiya aeroportunun əməkdaşları baş verənləri lağ-lağı obyektinə çeviriblər. Onlardan biri “normal endi – atəşlə!” deyərək hırıldayır, digər işçilər də ona qoşulurlar.

Xatırladaq ki, qəza zamanı təyyarədə 78 nəfər olub. Onlardan yalnız 37-si sağ qalıb. Həmin videogörüntüləri təqdim edirik:

Şərhlər

turan 2019-05-06 14:50:54

Rus vehsiliyinin bariz numunesi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol