Menu

Ramil Usubov polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

06.05.2019, 17:01
Ramil Usubov polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

Daxili işlər orqanlarında daha bir təyinat olub. Məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Sözügedən xəbəri Ağcabədi Rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, A.Həsənov bundan əvvəl Yevlax Rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol