Menu

"BU MİLLƏT BİZİ SEÇİB, HEÇ KİM..." - İmamoğlunun  çıxışı + VİDEO

07.05.2019, 08:04
"BU MİLLƏT BİZİ SEÇİB, HEÇ KİM..." - İmamoğlunun  çıxışı + VİDEO

Martın 31-də keçirilmiş yerli seçkilərdə İstanbul böyük şəhər bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlu dünən axşam YSK-nın nəticələri ləğv edib yeni seçkilər təyin etməsindən sonra Beylikdüzü rayonunda on minlərlə tərəfdarının qarşısına çıxıb. İmamoğlu çıxışını Ramazan ayının ilk günü ilə bağlı mesajlar verməklə başlayıb. Bildirib ki, Ramazan ayı birləşmə, qucaqlaşma, qul haqqı yeməmə ayıdır. "Biz bu ölkədə qul haqqı yeyilməsini istəmirik"-o bildirib.

İmamoğlu YSK-nı təzyiqlərə boyun əydiyi üçün qınayıb. O deyib ki, İstanbul seçkilərinin nəticələrinin anasının südü kimi halal olduğuna əmindir. "Bu millət bizi seçib. İndi sizlərə söz verirəm. Yolumuz uzun, həyacanımız yüksək, gəncliyimiz var. Biz ədalətə susamış, demokratiyaya inanan türk gənciyik. Bu millətin önünü heç kim kəsə bilməz"-o bildirib.

Millətin iradəsinə arxalanmaq hər zaman üçün yeganə çıxış yolumuzdur.ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Ö.Çelik AKP-nin iqamətgahında keçirilmiş mətbuat toplantısında Ali Seçki Qurumunun (YSK) İstanbul bələdiyyəsi üzrə səsvermənin yenidən keçirilməsi barədə verdiyi qərarı doğru addım adlandırıb.

“Bu məsələ AKP və ya başqa bir partiyanın xeyirinin qorunması ilə bağlı məsələ deyil. Bu məsələ demokratiyanın hər tərəfində qazanan vətəndaşımızın səsinin konkret bir şəkildə ortaya qoyulması məsələsidir”, - deyə AKP rəsmisi bildirib.

Çelik öz çıxışında "YSK birinin əlindən alıb başqa birisini qalib elan etmir, seçkini yeniləyin, qanunsuzluqlar var, millətin iradəsinə yenidən müraciət edin deyir” – ifadələrini də dilə gətirib.

Şərhlər

Cəmşid Dərələyəzli 2019-05-07 08:04:24

31 martda Türküyədə Bələdiyyə seçgilərində Stanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı 19 apreldə aşağıdakı bu paylaşımı etmişdim. ----------- Qardaş Türküyədə baş verən siyasi olaylar bizləri, xüsusən də Azərbaycanı əndişələndirməyə bilməz. Çünki, dünyada dəngələrin dəyişdiyi bir dönəmdə və bu dəngələrdən çıxış edib dünya düzənini yenidən şekillenmesine cəhd edən güclər, Türküyəni (xüsusən də müsəlman ölkəsi olduğuna görə) hər vasitə ilə Orta Doğu bataqlığında tələyə salmaq çabasındadırlar. Çünkü, Türküyənin bölgədə və xüsusəndə dünyada söz sahibi olması, Türk duşmanlarının marağına ziddir və bu nədən də günü-gündən böyüyən və bölgənin önəmli aktyoruna çevrilən Türküyə onları rahatsız etməkdədir. Ona görə də onlar Türküyəni həmişə xarici münaqişələrə cəlb etməklə yanaşı, içdən vurmaq üçün də daxili qarşıdurmaların yaratmaq qayəsindədirlər və bundan da vaz keçmək niyətləri yoxdur. Bütün bu səbəblərdən dolayı da son bələdiyyə seçgilərində, onların Türküyə uzantıları və onlara xidmət edən iç nökərlər yenə iş başında idi. Məhz Türküyə YSK-sı onların əlinə koz verməmək üçün, araşdırmalar başa çatmadan İmamoğlunun “mazbatasını” ona təqdim etmək məcburiyyətində qalmış oldu. Bu isə YSK –nın Stambul araşdırmasının durdurulması anlamına gəlmir. Odurki də, Stambulda baş verənlərə bir də görünməyən tərəfdən baxmaq lazım. Birincisi Stambulda İmamoğlu yox, Türk demokratiyası qalib gəldi (hakikatanda gəlibsə o da eger) . İkincisi İmamoğlu bu seçgidə, görünmeyenleri demirem, aslında adı "Millət İttifaqı" olan görünən beş kişinin (partiyanın) dəstəyi ilə başkan olub. O elə də siyasi arenada çox da tanınan siyasətçi də deyil, adam da deyil. Olaki də bezi kardeşlarımızın dediyi kimi ki, hele bir "Fateh" ola. Üçüncüsü, qeyd etdiyimiz kimi, YSK -da araşdırma gedir, Mazbatanı almaq hələ şərt deyil. Ola bilsin elə anti milli və anti Türküyə bəlgələri ortaya çıxar ki, YSK Mazbatanı verdiyi kimi də geri alar. Dördüncüsü bəli iç politkada iqtidarın bazi yanlışları var, lakin bu heç də fəlakətli həddə deyil. Bundan istifadə edib, İmamoğluna səs verən STAMBUL Elitası nə yazıq ki, proseslərə dışdan baxıb da oy vermədilər. Guya kəndilərinə görə qisas aldılar. Onlar nəzərə almalı idilər ki, Atatürkdən sonra Erdoğan tək liderdi ki, bütün dünya güclərinə kafa tutaraq dünyada Türküyənin baxımsızlığı mücadiləsini verir. CHP isə iqtidarda olsun deyə yenə də Türküyəni Türk duşmanlarının hodağına çevirmək qayəsində. Nə yazıqki, hazırki CHP ATATÜRK ideallarından çoxdan vaz keçib. Bu isə çox üzücü. Beşincisi, lap deyək ki, hər şey yolunda olub. Sabah İmamoğlunu başkan yapan o görünən ve görünmeyen qüvvələr və xüsusən də Qərb uzantıları oz şartlərini diqtə etməyəcəklərmi. Onda nə olacaq. Ona görədə gəlin tələsməyək. Uca Türk millet dostu ile duşmanını artıq seçen millet. Türküye sevdalılarına və bütün Türk millətinə isə, YSK-nın kararını gözlemek düşür.
Bu gün aydan 6 mayis. Günlərdən pazar ertəsi günü. Göründüyü kimi vermiş olduğumuz proqnoz düz çıxdı. Bəli artıq YSK o kararı verdi. Stanbulda seçimlər yenilənəcək. Türk demokrasi öz sözünü yenə dedi. Unutmayak ki, indiki zamanda bu karar Türküyəmizin BEKASI üçün çox önemli. Dərine gedilse CHP üçün de bu doğru bir karar. Çünki onlar üzde "Millət İttifak"ı adllanan birliyin bazı üyelerinin karşısında götürdükleri yükün önemli bir kısmından kurtulmuş oldular.

Aslan AKbey 2019-05-07 08:04:24

Bu Millet “Bitti” demeden bitmez...
P.S."false flag" aktivitileriniz "köşe yazarlarıya" mı devam ediyor.Di mi CEMO?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol