Menu

Azərbaycan səfiri Keşikçi Dağı məsələsini müzakirə edib - Gürcüstan Patriarxlığında

07.05.2019, 10:56
Azərbaycan səfiri Keşikçi Dağı məsələsini müzakirə edib - Gürcüstan Patriarxlığında

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan Patriarxlığında görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Patriarxlığın mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze deyib.

Görüşdə Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirə olunub. Qeyd olunub ki, Gürcüstan Patriarxlığı məbəd kompleksi ilə bağlı məsələnin həllində fəal iştirak edəcək.

Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri vurğulanaraq bu münasibətlərdə gərginliyin yaradılması ilə bağlı cəhdlərin yolverilməz olduğu bildirilib. Tərəflər Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələnin tezliklə həll olunmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia da iştirak edib.

Şərhlər

Səməd 2019-05-07 10:56:24

Qeyd olunan məsələnin kökündə ilk növbədə bizim Gürcüstanda yaşayan soydaşlarımıza olan anormal münasibət dayanır. Beləki Azərbaycan Respublikasının sərhəd və gömrük orqanlarının səriştəsiz və mənəviyyatsız fəaliyyəti, Gürcüstandakı səfirliyimizin və səfirin yarıtmaz işi gürcü separatçılarının və onların dəyirmanına su tökən ermənilərin işinə yarayır. Bu məsələ kökündən həll olunmalıdır. Yoxsa sabah digər iddialar ortalığa çıxacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol