Menu

DÇ-2014: Pley-off mərhələsinin püşkü atıldı

21.10.2013, 18:36
DÇ-2014: Pley-off mərhələsinin püşkü atıldı

Bu gün DÇ-2014-ün Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gələn il Braziliyada keçiriləcək mundiala 4 vəsiqənin sahibinin müəyyənləşəcəyi cütlər bəlli olub.

Bu cütlər az öncə FİFA-nın Sürixdəki mənzil-qərargahında atılan püşkdə müəyyənləşib.

Avropa zonasının seçmə mərhələsində qrup ikincisi olan 8 komanda final mərhələsinə çıxmaq üçün son səddi adlamağa çalışacaq. Pley-off oyunları isə noyabrın 15-də və 19-da baş tutacaq.

Portuqaliya - İsveç

Ukrayna - Fransa

Yunanıstan - Rumıniya

İslandiya - Xorvatiya

Qeyd edək ki, artıq 21 komanda DÇ-2014-ə vəsiqə əldə edib. Bunlar Braziliya (meydan sahibi), Argentina, Avstraliya, Belçika, Bosniya və Hersoqovina, Çili, Kolumbiya, Kosta-Rika, Ekvador, İngiltərə, Almaniya, Honduras, İran, İtaliya, Yaponiya, Hollandiya, Rusiya, Cənubi Koreya, İspaniya, İsveçrə və ABŞ milliləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol